İtalyan müdafiəçi Pietro Komutsonun yay transfer pəncərəsində klubunu dəyişməsi mümkündür.Sport1.az xəbər verir ki, 2029-cu ilə qədər “Fiorentina” ilə müqaviləsi olan futbolçuya “Mançester Yunayted”, “Nottinqem Forest” və “Sanderlend” klubları maraq göstərir. 20 yaşlı futbolçunun transfer dəyəri 15 milyon avrodur. Qeyd edək ki, Komutso ötən mövsüm 44 oyunda 1 dəfə fərqlənib.
Sport1.az