"Fənərbağça"nın təcrübəli qapıçısı A Seriyasına keçə bilər.
Sport1.az xəbər verir ki, 2028-ci ilə qədər müqaviləsi olan futbolçu ilə "Fiorentina" maraqlanır. 30 yaşlı qolkiperin hazırda transfer dəyəri 9 milyon avrodur.
Qeyd edək ki, xorvatiyalı qapıçı ötən mövsüm 32 oyunda 9 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az