"Nyukasl Yunayted"in qapıçısı Martin Dubravkanın komandadan ayrılma ehtimalı var.
Sport1.az xəbər verir ki, gələn mövsümün sonunda müqaviləsi başa çatacaq slovakiyalı qolkiperə "Börnli" maraq göstərir. 36 yaşlı futbolçunun hazırda transfer dəyəri 1 milyon avrodur.
Qeyd edək ki, Dubravka ötən mövsüm 16 oyunda 8 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az