“Barselona” klubu ilə Hans-Diter Flik arasında yeni müqavilə imzalanıb.Sport1.az xəbər verir ki, kataloniyalılar təcrübəli mütəxəssis ilə müqavilə müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı çalışdırıcı ilə 2026-cı ilin yayına qədər nəzərdə tutulan kontrakt imzalanıb.
Qeyd edək ki, Hans-Diter Flik ötən ilin iyul ayında komandanın “sükanı arxası”na gətirilib.
Sport1.az