Karlo Ançelottinin oğlu Davide Ançelotti məşhur klubun baş məşqçisi olmağa yaxındır.Sport1.az xəbər verir ki, gənc mütəxəssis “Reyncers”in baş məşqçisi olacaq. Bu barədə AS nəşri məlumat yayıb.
Davide hazırda “Real Madrid”də köməkçi məşqçi vəzifəsində çalışır.
Qeyd edək ki, daha öncə “Everton” və “Napoli”də də köməkçi məşqçi postunu tutan Davide “Reyncers”in “sükanı arxası”na keçərsə, bu onun baş məşqçi kimi ilk təcrübəsi olacaq.
Sport1.az