Xabi Alonso “Bayer 04”dən ayrılacaq.Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün sonunda Leverkuzen təmsilçisi ilə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı çalışdırıcı 2022-ci ilin oktyabrında komandanın “sükanı arxası”na gətirilmişdi.
Alonso ötən mövsüm “Bayer 04”ə tarixinin ilk Bundesliqa çempionluğunu qazandırıb və komanda ilə Avropa Liqasının finalına qədər yüksəlməyi bacarmışdı.
Sport1.az