“Braqa” baş məşqçisi ilə yollarını ayırıb.Sport1.az xəbər verir ki, komanda Karlos Karvahal ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis ötən ilin avqust ayında komandanın “sükanı arxası”na gəlmişdi.
Karlosun rəhbərliyi altında “Braqa” 50 oyuna çıxıb və 28 qələbə, 10 bərabərlik və 12 məğlubiyyətlə üzləşib.
Sport1.az