Mövsümün sonunda “Bayer 04” ilə yollarını ayıracağı dəqiqləşən Xabi Alonsonun yeni klubu bəlli olub.Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis “Real Madrid”in “sükanı arxası”na keçəcək. Bu barədə Fabrizio Romano “X” hesabında paylaşım edib.
İspaniyalı çalışdırıcı “kral klubun”dan ayrılan Karlo Ançelottini postunda əvəz edəcək.
Qeyd edək ki, Alonso “Bayer 04”ə rəhbərlik etdiyi müddətdə komandaya tarixinin ilk Bundesliqa çempionluğunu qazandırıb və Avropa Liqasının finalına qədər yüksəlməyi bacarıb.
Sport1.az