Türkiyə I Liqa çempionu “Kocaelispor”da ayrılıq baş verib.Sport1.az xəbər verir ki, komanda ilə baş məşqçi İsmet Taşdemir arasında yollar ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, təcrübəli mütəxəssis ötən ilin dekabr ayında “Kocaelispor”un “sükanı arxası”na gətirilib və onun rəhbərliyi altında klub 16 ildən sonra Super Liqaya vəsiqə qazanıb.
Sport1.az