Futbol / Çempionlar Liqası
16:06
13.03.2025
53
İngiltərənin "Aston Villa" klubu İtaliya təmsilçisi "Atalanta"nın uğurunu təkrarlayıb.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi buna UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksəlməklə nail olub.
"Aston Villa" "Atalanta"dan sonra debüt mövsümündə qitənin bir nömrəli klub turnirində 1/4 finala yüksələn ilk komanda olub.
Qeyd edək ki, A Seriyası təmsilçisi 2019/2020 mövsümündə 1/4 finala vəsiqə qazanıb.
Sport1.az