İtaliya A Seriyasının XXXIII turunda bu gün keçirilməsi planlaşdırılan oyunlar Roma Papası Fransiskin vəfatı ilə əlaqədar təxirə salınıb.
Sport1.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
"Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio" və "Parma" - "Yuventus" qarşılaşmalarının yenilənmiş tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, Pontifik 89 yaşında dünyasını dəyişib. 2013-cü ildə Roma Papası seçilən Fransisk son aylarda pnevmaniya xəstəliyindən əziyyət çəkirdi.
Sport1.az