Misli Premyer Liqasında XXXI tur davam edir.
Sport1.az xəbər verir ki, ikinci oyun gününün matçları Bakıda keçirilib.
Paytaxt derbisində “Sabah” “Səbail”i qəbul edib. Uğursuz mövsüm keçirən Vasili Berezutskinin yetirmələri autsayderi sınağa çəkib. "Səbail" bu görüşdə hesabda iki dəfə önə keçsə də, qələbə qazana bilməyib. Oyun "Sabah"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günə Azərbaycan derbisi ilə yekun vurulub. Çempionluğun bir addımlığında olan “Qarabağ” keçmişinin kölgəsinə çevrilən “Neftçi”ni qəbul edib. Qurban Qurbanovun komandası birinci hissədə oyunun taleyini həll edib. Üç cavabsız qol vuran ağdamlılar çempionluğa bir addım da yaxınlaşıblar.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Misli Premyer Liqası
XXXI tur
19 aprel (şənbə)
17:30. “Sabah” – “Səbail” - 3:2
Qollar: Sofian Çakla, 31. Dmitro Litvin, 82 (öz qapısına). Coy Lens Mikels, 90+3 - İnnosent Nşuti, 21. Suleyman Alluş, 74
20:00. “Qarabağ” – “Neftçi” - 3:0
Qollar: Abdullah Zubir, 22. Yassin Benzia, 40 (p.). Nəriman Axundzadə, 41
Sport1.az