Gənc yarımmüdafiəçi Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb.
Sport1.az xəbər verir ki, 2030-cu ilə qədər "Porto" ilə müqaviləsi olan futbolçu ilə "Arsenal" və "Çelsi" yaxından maraqlanır. 18 yaşlı yarımmüdafiəçinin transfer dəyəri hazırda 40 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı oyunçu ötən mövsüm 43 oyunda 12 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az