İtaliyanın "Yuventus" klubunun futbolçusu Kenan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Türkiyə millisinin üzvü Premyer Liqanın aparıcı klublarının maraq dairəsinə düşüb.
Gənc yarımmüdafiəçi ilə “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” yaxından maraqlanır.
Məlumata görə, Kənanın şərəfini qoruduğu “Yuventus”un maliyyə sıxıntıları var. Turin klubu heyətin bəzi aparıcı oyunçularını satmaqla problemi yoluna qoymağı planlaşdırıb. Komandanın satmaq istədiyi oyunçulardan birinin də türk ulduz olduğu iddia edilir.
İtaliya nəşrinin iddiasına görə, “Yeve” Kənanı 80 milyon avrodan ucuz satmaq istəmir.
Sport1.az