“Əl-Hilal” “Mançester Yunayted”in ulduz futbolçusu üçün fantastik təkli irəli sürüb.Sport1.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Bruno Fernandeş üçün “qırmızı şeytanlar”ın “qapısını” döyüb. Bu barədə “Daily Mail” məlumat yayıb.
Ərəblər portuqaliyalı oyunçu üçün 231 milyon avroluq dəyərində 3 illik müqavilə təklif edir.
Kontrakt ətrafında tərəflər razılığa gələrsə, təcrübəli yarımmüdafiəçi ildə 77 milyon, həftədə isə 700 min avro qazanacaq.
Sport1.az