Portuqaliyalı yarımmüdafiəçi ABŞ-a transfer oluna bilər.
Sport1.az xəbər verir ki, "Porto"nun oyunçusu Andre Franku ilə MLS təmsilçisi "Çikaqo Fayr" maraqlanır. 2027-ci ilə qədər müqaviləsi olan 27 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 2,5 milyon avrodur.
Qeyd edək ki, Franku ötən mövsüm 23 oyunda 1 qolla yadda qalıb.
Sport1.az