İngiltərənin "Tottenhem" klubunun hücumçusu Son Hın Min MLS-də çıxış edən "Los-Anceles"ə transfer oluna bilər.
Sport1.az xəbər verir ki, danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, tərəflər 2025-ci ilin sonuna qədər müqavilə imzalayacaq.
33 yaşlı cənubi koreyalı futbolçu 2015-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir.
Qeyd edək ki, "Transfermarkt" onun transfer dəyərini 20 milyon avro qiymətləndirir.
Sport1.az