Gənc yarımmüdafiəçi Fransaya transfer oluna bilər.
Sport1.az xəbər verir ki, "Serkl Brügge"nin oyunçusu Abu Frensis ilə "Tuluza" klubu maraqlanır. Gələn mövsümün sonunda müqaviləsi başa çatacaq 24 yaşlı futbolçunun hazırkı transfer dəyəri 1,8 milyon avrodur.
Qeyd edək ki, qanalı yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 39 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az