Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubundakı taleyi ilə bağlı danışıb. Sport1.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində bildirib.
Forvard Bundesliqaya vəsiqə qazanacaqları təqdirdə, sözləşməsinin müddətinin uzadılacağını söyləyib:
"Amma elitaya vəsiqə əldə edə bilməsək, qalmaya bilərəm. Hazırkı durum bunu göstərir. Klubdan ayrılıb-ayrılmayacağımı bilmirik. Bu barədə düşünmürük. Hələlik plan qurmamışıq. Kim məni komandasında daha çox görmək istəyirsə, doğru addım nədirsə, mənim üçün nə xeyirlidirsə, onu da edəcəyik. Agentlərim və ailəmlə müzakirə edəcəyik".
Sport1.az