Misli Premyer Liqasının ilk turunda "Karvan-Yevlax" "Qəbələ" ilə heç-heçə etdi - 1:1.Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Həşimov mətbuat konfransına qatıldı.
Mütəxəssisin görüş haqda fikirləri belə oldu:
"İlk oyun həmişə çətin olur. Bərabər səviyyəli görüş keçdi. 1 xal qazandıq. Zamanla hər şey qaydasına düşəcək. "Qəbələ" klubuna uğurlar arzu edirəm. Mənim bura gəlib çıxmağımda onların əməyi olub. Orada futbolçu çıxış etmişəm. İndi də baş məşqçi kimi onlara qarşı Premyer Liqada debüt etdim".
Sport1.az