15:36 23.07.2025 486

Bir yalanın izi ilə: "Karvan" niyə "Karvan-Yevlax" oldu?" - ARAŞDIRMA

2025/26 mövsümündə Premyer Liqada 12 komanda iştirak edəcək.

Ölkədə futbolun inkişafı adına böyük addımdır.

Amma bu qərar ölkə futbolundakı problemləri də ortaya çıxartdı. Bunlar nədir? "Qəbələ"nin əvəzedici komanda saxlamağa pulu yoxdur. "İmişli"nin stadionu yoxdur. Yevlaxdakı arenada ot örtüyü süni olacaq. "Şamaxı"nın hələ də sponsoru yoxdur. "Kəpəz"də aləm dəyib bir-birinə. Yəni, Premyer Liqa başlamamış ölkə futbolunda xaos hökm sürür. Ümid edək, hamısı zamanla düzələcək. Ya da ölkə futbolunun inkişafı üçün bunlara göz yummaq olar.

Amma saxtakarlığı necə görməzdən gələk? İnkişaf olacaq deyə vicdansızlıq edək? Axı biz jurnalistik. Doğruları, deməli, qəliz məsələləri araşdırmalıyıq, suallar verməliyik. Bu, bizim işimizdir. Elə isə başladıq.

Niyə Premyer Liqanın püşkatma mərasimində Karvan-Yevlax" adına rast gəldik? Bu komandanın adı "Karvan" deyil? PFL-ə müraciət etdik. Qurumun cavabını diqqətinizə çatdırıq:

“Yevlax təmsilçisinin Nizamnamə ilə adı “Karvan-Yevlax”dır. Odur ki, püşkatma mərasimində, eləcə də çempionatla bağlı digər bütün sənədlərdə klub bu adla təqdim olunacaq. Qeyd edək ki, I Liqada iştirak edən komandanın da adı “Karvan-Yevlax” olub.”

Bu klubun adı "Karvan-Yevlax"dırsa, "Karvan" hanı? Bir qədər araşdırma apardıq. Məlum oldu ki, "Karvan Futbol Klubu" MMC fəaliyyəti dayandırıb. Həmin VÖEN-in adı ilə tikinti şirkəti fəaliyyət göstərir. "Karvan-Yevlax" isə 2022-ci ilin dekabrında fəaliyyətə başlayıb.

2-3 gündür ki, əməkdaşımız "Karvan"ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb. Nəyə görə "Karvan"ın adının "Karvan-Yevlax" olduğunu soruşub. Cavab sizi təəccübləndirə bilər:

"Həmişə "Karvan-Yevlax" olub".

Komanda 2022/23 mövsümündən I Liqada çıxış edir. O dövrdən PFL-in rəsmi saytında klubun adı "Karvan" olaraq qeyd olunub. 2 mövsüm ardıcıl səhv etmək olar?

Ortada böyük yalan var. Bunun səbəbini axtarırıq. Sualımız isə açıq və sadədir. "Karvan" niyə "Karvan-Yevlax" oldu?

Bizim məqsədimiz "Karvan"ın Premyer Liqadan kənarlaşdırılması deyil. Sport1.az olaraq istəyirik ki, Yevlax təmsilçisi elitada olsun. Amma bu dəyişikliyin əsl səbəbini kimsə açıqlasın. Necə oldu ki, 2 mövsüm "Karvan" olan klub birdən-birə "Karvan-Yevlax" oldu? Bu suala kim cavab verə bilər? AFFA, PFL, yoxsa klub? Açıqlayın ki, hər şey aydın olsun...

İLKİN SULTANLI
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

02:25

İki klan arasında - YAZI

00:22

"Avropada səfərdə qalib gəlmək çox önəmlidir" - "Sabah"ın baş məşqçisi

00:11

Millimizin üzvünün komandasından heç-heçə

23:44

"Araz-Naxçıvan"dan əzmkar qələbə - Video

23:24

"Günü-gündən yaxşılığa doğru gedirik" - Elmar Baxşıyev

23:14

"Cavab matçı tamamilə fərqli oyun olacaq" - "Aris"in baş məşqçisi

22:59

"Sabah" səfərdə qalib gəldi - YENİLƏNİB

22:12

Serdar Saatçi Super Liqada qala bilər

22:10

"Araz-Naxçıvan" “Aris”ə qalib gəldi - YENİLƏNİB

21:56

Fakundo Buonanottenin iki təklifi var

21:36

Lazar Markoviç İrana keçə bilər

21:13

Bauerin Xorvatiyaya keçidi gündəmdə

20:49

Eşli Yanqın yeni klubu müəyyənləşdi

20:30

Skopyedə daha bir medal

20:27

"Milan"dan yeni transfer

20:26

"İmişli" iki futbolçu ilə yolları ayırdı

20:09

“Napoli” futbolçusunu Almaniyaya göndərdi

19:47

Paris təmsilçisindən yeni transfer

19:46

Azərbaycanda bu stadiona 10 milyon xərclənəcək

19:46

Azərbaycanda bu stadiona 10 milyon xərclənəcək

19:45

Azərbaycanda bu stadiona 10 milyon xərclənəcək

19:28

Markus Tavernier "Fənərbağça"nın gündəmində

19:06

"Kəpəz" növbəti transferini rəsmən açıqladı

18:56

"İmişli" daha 2 futbolçunu göndərdi

18:33

Mads Xermansen Premyer Liqaya keçə bilər

18:14

“Yuventus” vingerini icarəyə verdi

17:57

Ross Makkosland üçün 4 klub yarışır

17:29

Pau Viktor Portuqaliyaya keçə bilər

17:12

Matiya Nastasiç "Real Oviedo"ya keçə bilər

16:53

“Feyenoord”dan “Atletiko”ya

16:38

Rüfət Abdullazadə Xorvatiya klubunda – təfərrüatlar məlum oldu

16:13

"Alaves" Paniçellidən ayrılmağa hazırlaşır

15:50

"Karvan"dan növbəti transfer

15:21

Matias Siltanen Fransaya yollana bilər

15:02

"Səbail"dən növbəti transfer

14:47

Daha bir azərbaycanlı Qırğızıstana yollandı

14:24

"Neftçi"də yeni baş məşqçi - RƏSMİ

14:16

Rəqib güclüdürsə, sən zəifsən! - YAZI

13:49

"Barselona"dan "Roma"ya

13:36

"Çiçarito" cəzalandırılıb

13:12

"Monako" Almaniya klubunun qapıçısı ilə razılığa gəlib

12:54

Son Hın Min MLS klubuna transfer oluna bilər

12:44

Tiaqodan etiraf: "Çox çətin keçdi" - AÇIQLAMA

12:12

Konate mərhələni keçəcəklərinə inanır - AÇIQLAMA

11:56

Rodri karyerasını "Real"da davam etdirə bilər

11:36

Enrike onu əvəzedici komandaya göndərdi

11:14

Firminonun yeni klubu rəsmən açıqlandı

10:52

"Qarabağ"ın səfər qələbəsi - Video

10:11

Portuqaliyalı futbolçu İngiltərəyə dönür

09:48

Marko Verratti doğma klubunun əsas sahibi olub

09:26

"Yuventus"la "Portu" futbolçularını dəyişəcək

09:11

İspaniya millisinin üzvü "Atletiko"da

02:12

Valdas Dambrauskas: "Buraya sadəcə oynamağa gəlməmişik"

01:20

Qurban Qurbanov: "Daha diqqətli olmağa çalışacağıq"

00:41

"Qarabağ" "Şelburn"a böyük hesabla qalib gəldi - YENİLƏNİB

00:26

"Qarabağ"da zədələr

00:12

"Zirə" Konfrans Liqasına belə başladı - Video

23:36

"Beşiktaş" onu heyətinə qatmaq istəyir

23:02

"Qələbəyə yaxın tərəf biz idik" - Rəşad Sadıqov

22:30

"Hayduk"un baş məşqçisi: "Nəticədən razıyam"

22:26

"Şelburn" - "Qarabağ" - Heyətlər

21:52

Del Pyeronun oğlu D Seriyası klubunda

21:46

"Zirə" "Hayduk"la bərabərə qaldı - YENİLƏNİB

21:33

Çalhanoğlu qərarını açıqladı

21:16

"Barselona" Reşfordun transferini açıqladı

21:11

Luka Yoviç ərəb klubuna keçir

21:07

"Sumqayıt" "İmişli" ilə qarşılaşdı

21:00

Cüdoçularımızdan 2 gümüş, 1 bürünc

20:58

"Daha artığını etməyə gücümüz var" - Elmar Baxşıyev

20:53

"Bizi "Aris"lə ağır oyun gözləyir" - Ürfan Abbasov