Misli Premyer Liqasının ilk turunda "Karvan-Yevlax" "Qəbələ" ilə heç-heçə etdi - 1:1.Sport1.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Kaxaber Sxadadze mətbuat konfransına qatıldı.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Yeni çempionatın başlaması münasibəti ilə hamını təbrik edirəm. Xeyli sayda qol imkanlarımız oldu. 6-7 qol vura bilərdik. Oyunçularımız yaxşı oynadı. Hamısından razıyam. Qaçırılan epizodlar olur. Ehtiyatdan daxil olan oyunçulara zaman lazımdır. Ümumi götürəndə yaxşı oyun oldu".
Sport1.az