Dünən keçirilən Premyer Liqanın püşkatma mərasimində diqqətimizi bir məqam çəkdi. “Karvan”ın adı rəsmi sənədlərdə və səsləndirmələrdə “Karvan-Yevlax” kimi təqdim olundu. Hətta PFL-in texniki idman direktoru jurnalistləri açıqlamasından klubunun adını belə səsləndirdi.
“Karvan”ın adı dəyişdirilib? Klub Premyer Liqada bu isimlə çıxış edəcək? Suallarımızı PFL-in media və marketinq direktoru Sənan Abdullayevə ünvanladıq. Qurum rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Yevlax təmsilçisinin Nizamnamə ilə adı “Karvan-Yevlax”dır. Odur ki, püşkatma mərasimində, eləcə də çempionatla bağlı digər bütün sənədlərdə klub bu adla təqdim olunacaq. Qeyd edim ki, I Liqada iştirak edən komandanın da adı “Karvan-Yevlax” olub.”NİHAT KƏRİMLİ
Sport1.az