Misli Premyer Liqasının 26-cı turunda "Neftçi" "Turan Tovuz"la heç-heçə edib - 1:1.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların çalışdırıcısı Kurban Berdiyev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis görüş haqda bunları söylədi:
"Paltardəyişmə otağında uşaqlarla danışdım ki, Hakmana görə mübarizə aparsınlar. Hakman səhvə yol verdi. Ancaq uşaqlar onun üçün oynadılar, sona qədər mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə ağıllı və müdrik oynadıq. "Neftçi"yə elə də qol imkanı vermədik".
Sport1.az