Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.Sport1.az xəbər verir ki, davam edən "Karvan-Yevlax" - "Qəbələ" matçında maraqlı hadisə baş verib. Görüşün 57-ci dəqiqəsində baş hakim Əliyar Ağayev Qəbələ təmsilçisinin oyunçusu Şahin Şahniyarova qarşı qayda pozuntusu qeydə alsa da, rəqib futbolçuya vərəqə göstərməyib.
Əsas söz sahibinin bu qərarı qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadzeni özündən çıxarıb. O, tribunalara dönərək orada əyləşən AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerə "bu epizod sarı vərəqədir, amma sənin hakimin heç nə vermədi" deyərək etiraz edib.
Qeyd edək ki, hazırda davam edən matçda hesab "Qəbələ"nin xeyrinədir - 0:1.
İLKİN SULTANLI, ŞAMAXI
Sport1.az