Son Azərbaycan çempionu "Qarabağ" 2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirir.Sport1.az-a daxil olan məlumata görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Linkoln Enrike Oliveyra menecerlər vasitəsilə Ağdam təmsilçisinə təklif olunub. Hazırda klubsuz olan 26 yaşlı futbolçu karyerasını Avropada davam etdirmək istəyir. Bu səbəbdən “Qarabağ” variantı gündəmə gəlib.
Son olaraq Türkiyənin “Fənərbağça” klubunun formasını geyinən Enrike peşəkar karyerası ərzində 293 oyunda 25 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı “Hall Siti” (İngiltərə), “Braqantino”, “Amerika-MG”, “Qremio” (hamısı Braziliya), “Santa Klara” (Portuqaliya), və “Çaykur Rizəspor” (Türkiyə) klublarında çıxış edib.
Maraq üçün bildirək ki, oyunçunun hazırkı bazar dəyəri 3.5 milyon avrodur.
NİHAT KƏRİMLİ
Sport1.az