Son günlər mediada “Qarabağ” klubunun xorvatiyalı futbolçu Alen Haliloviçlə danışıqlar apardığına dair məlumatlar yayılıb. Karyerası ərzində “Dinamo" (Zaqreb), “Barselona”, “Hamburq”, “Milan” kimi klublarda çıxış etmiş və “xorvatiyalı Messi” ləqəbi ilə tanınan futbolçunun hazırda Niderland təmsilçisi “Fortuna Sittard”ln şərəfini qoruyur.
Sport1.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi Haliloviçlə maraqlanmır. Xorvatiyalı "köhlən atlar"ın transfer siyahısında olmayıb.
Qeyd edək ki, yarımmüdafiəçinin adı eyni zamanda Türkiyənin “Trabzonspor” klubu ilə də hallanır. Lakin bu iddialar da yalnız şayiə səviyyəsindədir və hər hansı rəsmi təmasdan söz gedə bilməz.
28 yaşlı futbolçu ötən mövsüm 28 oyunda meydana çıxıb. Bu görüşlərdə 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Niderland klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi mövcuddur.
NİHAT KƏRİMLİ
Sport1.az