Premyer Liqa təmsilçisi "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi braziliyalı Ceferson Makiel Bentu ilə razılıq əldə edib.
22 yaşlı müdafiəçi son olaraq Portuqaliya çempionatında mübarizə aparan "Portimonense" klubunun heyətində yer alıb. Futbolçunun bazar dəyəri "Transfermarkt" portalının məlumatına görə 300 min avrodur.
Bentu karyerası ərzində 22 oyunda meydana çıxıb. O, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
NİHAT KƏRİMLİ
Sport1.az