“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər.Sport1.az-ın əldə etdiyi məlumata görə, söhbət İsrailin “Hapoel” (Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturadan gedir.
Ağdam təmsilçisi braziliyalı futbolçunu təcili transfer etmək istəyir və bu məqsədlə böyük miqdarda pul ödəməyə hazırdır. Həmçinin, “Qarabağ” ona hazırkı klubunda aldığı maaşdan xeyli çox gəlir təklif edib.
İddiaya görə, Ventura ilə ÇSKA (Sofiya) da maraqlanır. Amma Venturanın “Qarabağ”a keçidə razılıq verəcəyi ehtimal edilir.
NİHAT KƏRİMLİ
Sport1.az