Misli Premyer Liqasının 32-ci turunda "Səbail" "Araz-Naxçıvan"la heç-heçə etdi - 1:1.Naxçıvan təmsilçisinin üzvü Felipe Santos görüşlə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Süni ot örtüyündə oynamağımız bizə mənfi təsir etdi. Oyunda qalib gəlmək istəyirdik. Lakin bu, futboldur. Hər an hər şey ola bilər. Birinci hissə yaxşı oynasaq da, ikinci yarıda çox pis təsir bağışladıq. Lakin yenə də mövsüm ümumi olaraq bizim üçün yaxşı keçir. Hazırda turnir cədvəlində 3-cü pillədəyik. Əsas hədəflərimizdən biri də gələn mövsüm avrokuboklarda iştirak etməkdir. Qarşıdakı 4 matçda əlimizdən gələni etməliyik. Gələn mövsüm həm liqada, həm də avrokuboklarda yaxşı çıxış edəcək kollektivə sahibik. Bunu da isbat edəcəyimizə inanıram. Önümüzdəki matçlarda qələbə qazanaraq xal sayımızı artırmağı hədəfləyirik. Düşünürəm ki, gələcək hər şey bizim adımıza yaxşı olacaq".EMİN ZEYNALLI
Sport1.az