Misli Premyer Liqasının 30-cu turunda "Zirə" səfərdə "Neftçi"ni məğlub etdi - 2:4."Qartallar"ın üzvü Aydın Bayramov qələbə ilə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Meydanda öz sözümüzü dedik. Bu kimi matçlarda emosionallıq yüksək səviyyədə olur. İlk hissəyə pis başlamışdıq. Şükürlər olsun ki, 2-ci yarıda hər şeyi yoluna qoyduq."Azərbaycanlı qapıçı növbəti həftə "Sumqayıt" ilə keçirləcək matçla bağlı fikirlərini bildirdi:
"Çətin oyun olacağını bilirik. Görüşə yaxşı hazırlaşmalıyıq. Bu oyunda da qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirik. Bu matçda da bizi tək qoymadılar. Onu da demək istəyirəm ki, bizi son tura qədər dəstəkləsinlər. Onlara buradan çox sağ ol deyirəm.EMİN ZEYNALLI
Sport1.az