Misli Premyer Liqasında XXXII turun oyunları keçirilir.Sport1.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma baş tutub.
"Səbail" doğma meydanda "Araz-Naxçıvan"la heç-heçə edib.
"Qarabağ" isə səfərdə "Sabah"la bərabərə qalaraq çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, tura 28 apreldə yekun vurulacaq.
Misli Premyer Liqası
XXXII tur
27 aprel
17:30. "Səbail" – "Araz-Naxçıvan" - 1:1
Qol: Marko Nikoliç, 76 - Ülvi İsgəndərov, 30
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
"ASCO Arena"
20:00. "Sabah" – "Qarabağ" - 1:1
Qol: Boyan Letiç, 73 - Redon Cica,(p.), 42
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Bank Respublika Arena"
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib - 1:0.
Sport1.az