Misli Premyer Liqasının 29-cu turunda "Səbail" "Turan Tovuz"la heç-heçə etdi.Qonaqların üzvü Ayxan Hüseynov görüşlə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Çətin oyun oldu."Səbail"in sonuncu yerdə olması heç nəyi dəyişdirmir. Yaxşı kollektivə qarşı mübarizə apardıq. Elə də çox epizodumuz olmadı. Düşünürəm ki, səfərdə 2 xal itirdik".Azərbaycanlı futbolçu hələ də avrokuboklar üçün iddialı olduqlarını bildirdi:
"Kimsə deyir ki, "Turan Tovuz" əvvəlki kimi deyil. Ümumiyyətlə, Avropanı fikirləşmir. Hazırda 4-cü yerdəyik. Hələ də şansımız var. Növbəti oyunda evimizdə "Sabah"ı qəbul edəcəyik. Bu oyuna yaxşı hazırlaşıb, yalnız qələbə üçün meydana çıxacağıq".Ayxan qarşılaşmadan sonra azarkeşlərlə yaşanan insident barədə də danışdı:
"Fanatlarımıza demək istəyirəm ki, səbirli olsunlar. Hazırda Premyer Liqamızda onlar kimisi yoxdur. Onlara minnətdarlığımı bildirirəm. Hər matç məsafədən, oyundan aslı olmayaraq bizə dəstək olurlar. Ümid edirəm ki, hər şey yaxşı olacaq".EMİN ZEYNALLI
Sport1.az