Misli Premyer Liqasının 30-cu turunda "Qarabağ" səfərdə "Səbail"i darmadağın etdi - 1:4.Ağdam təmsilçisinin üzvü Abdullah Zubir görüş haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Yaxşı oyun oldu. Düşünürəm ki, matçın əvvəlindən sonuna qədər nəzarət tamamilə bizdə idi. İlk iki qolu vurduqdan sonra komandamız daha da açılışdı. Nəticədə qalib tərəf biz olduq. Bu nəticədən məmnunuq".Fransalı vinger bu həftə oynanılacaq "Neftçi" ilə derbi barədə də fikirlərini bildirdi:
"Addım-addım irəliləyirik. Hazırda diqqətimizi "Neftçi" ilə oyuna yönəltmişik. Biz hər oyuna yalnız qələbə üçün çıxırıq. Diqqətimizi cəmləyərək növbəti oyun əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".EMİN ZEYNALLI
Sport1.az