Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Sport1.az xəbər verir ki, açılış oyunu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilib.
“Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 28-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos vurub.
Digər matçda isə "Neftçi" "Sabah"la üz-üzə gəlib. Oyun Masazır komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq.
Azərbaycan Kuboku
Yarımfinal, ilk oyunlar
2 aprel
17:00. “Araz-Naxçıvan” – “Qarabağ” 1:0
Qol: Felipe Santos, 28 (p.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
"Liv Bona Dea Arena"
19:30. “Neftçi” – “Sabah” 1:2
Qollar: Azər Salahlı, 11-avtoqol (0:1), Yuri Matias, 21 (1:1), Pavol Şafranko, 58 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
"Neftçi Arena"
Sport1.az