Misli Premyer Liqasının 29-cu turunda "Qarabağ" "Zirə"ni məğlub etdi - 1:0.Oyundan sonra Ağdam təmsilçisinin üzvü Mateuş Koxalski qalibiyyət haqda fikirlərini
Sport1.az-a açıqladı:
"O qədər də yaxşı oyun göstərə bilmədik. Lakin nəticə olaraq qalib tərəf bizik. Bu qələbə bizim üçün çox vacib idi. Qazandığımız qələbədən sonda "Zirə" ilə aramızda 15 xallıq fərq var. Hazırda turnir cədvəlində rahat vəziyyətdəyik".Polşalı qolkiper "Səbail" ilə səfər matçı barədə də fikirlərini bildirdi:
"Biz hər oyunda qələbə qazanmaq istəyirik. Rəqibimiz sonuncu pillədə olması heç nəyi dəyişmir. Bu oyunda yalnız qələbə üçün vuruşacağıq. Çünki, bu bizim işimizdir."EMİN ZEYNALLI
Sport1.az