II Liqanın 20-ci turunda "Şəfa" doğma meydanda "Şəki Siti"ni darmadağın etdi - 6:0 Paytaxt təmsilçisinin çalışdırıcısı Elgiz Kərəmli qələbə ilə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Rəqibin planlarını əvvəlcədən müəyyənləşdirmişdik. Çətin oyun olacağını anlayırdıq. Lazım olan ilk qolu vurmaq idi. Bilirdik ki, ilk qoldan sonra davamı da gələcək. Bizə vacib olan qələbə idi. Hər oyun çox qol vurmağa çalışırıq, "Şahdağ Qusar"la aramızdakı qol fərqini azaltmaq istəyirik. Qələbə münasibətilə azarkeşlərimizi təbrik edirəm". Baş məşqçi növbəti həftə qarşılaşacaqları "Hypers Quba" ilə səfər oyun barədə də danışdı:
"Rəqibimizə hörmətlə yanaşırıq. Onlar da I Liqaya vəsiqə qazanmağa əsas namizədlərdəndir. Düşünürəm ki, bu oyun bizim üçün çətin olacaq. Hazırlıqlarımız davam edir. Ümid edirəm bizim adımıza hər şey yaxşı olacaq".EMİN ZEYNALLI
Sport1.az