Misli Premyer Liqasının 29-cu turu "Turan Tovuz"un növbəti xal itkisi ilə yadda qaldı."Boz qurd" səfərdə "Səbail"lə heç-heçə etdi.
Qərb təmsilçisinin müdafiəçisi Emmanuel Hakman görüşlə bağlı fikirlərini
Sport1.az-a açıqladı:
"Düşünürəm ki, elə də pis çıxış etmədik. Qol vurmaq üçün əlinizdən gələni etdik. Bəxtimiz gətirmədi".
Toqolu avrokuboklara vəsiqə qazanmaq şanslarının olduğunu bildirdi:
"Biz buna inanırıq. Bu məqsəd uğrunda çalışırıq. Bəzən problemlər olur. Amma biz heç vaxt təslim olmayacağıq".EMİN ZEYNALLI
Sport1.az