Bu gün Misli Premyer Liqasında 30-cu tur start götürüb.
Sport1.az xəbər verir ki, ilk gündə 1 matç keçirilib. Son çempion "Qarabağ" "Səbail"in qonağı olub. Oyun qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Qarabağ" turnir cədvəlində 70 xalla 1-ci, "Səbail" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
11 aprel
Misli Premyer Liqası, 30-cu tur
19:00. “Səbail” – “Qarabağ” - 1:4 (İkinci hissə)
Qollar: Abdullah Zubir, 17, Leandro Andrade, 19, 52, 65, David Qomis, 72 (1:4)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
“ASCO Arena”
12 aprel
17:00. “Turan Tovuz” – “Sabah”
19:15. “Sumqayıt” – “Şamaxı”
13 aprel
17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
19:15. “Neftçi”– “Zirə”
Sport1.az