I Liqa təmsilçisi "Mingəçevir" Füzuli Məmmədovla rəsmi olaraq yolları ayırıb.Sport1.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər.
Artıq "Mingəçevir"in yeni baş məşqçisinin adı da bəllidir. "İşıqçılar"ı 2025/26 mövsümündə Ramiz Məmmədov çalışdıracaq.
"Şəhərlilər"lə mütəxəssis arasında bağlanacaq müqavilənin detalları hələlik bəlli deyil.
Qeyd edək ki, Ramiz Məmmədov bir müddət öncə bölgə təmsilçisində idman direktoru olaraq fəaliyyət göstərməyə başlamışdı.
Sport1.az