"Qarabağ" və "Zirə"nin sabiq futbolçusu Hamidu Keytanın yenidən Azərbaycanda çıxış etmək imkanı var.
Sport1.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ufuk Kendirci sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Super Liqa təmsilçisi 30 yaşlı vingerlə yollarını ayırıb.
"1-2 gün ərzində tərəflər müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edəcəklər. Oyunçu yeni mövsüm üçün təlim-məşq toplanışına çağırılmayıb. Keytanın Azərbaycana qayıdacağı gözlənilir".
Qeyd edək ki, 2024-cü ildən "Konyaspor"da çıxış edən Keyta 2022/2023 mövsümündə "Zirə"nin, 2023/2024 mövsümündə "Qarabağ"ın formasını geyinib.
Sport1.az