Bəzi media orqanlarında "Mingəçevir"in baş məşqçi Füzuli Məmmədovla yolları ayıracağı ilə bağlı xəbərlər yayılmışdı.Sport1.az xəbər verir ki, "işıqçılar"ın mətbuat xidməti məsələ ilə bağlı rəsmi bəyanat yayıb:
"Son günlər komandamızın baş məşqçisi Fizuli Məmmədovun postunu tərk edəcəyi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılıb. "Mingəçevir" olaraq bəyan edirik ki, klub bu ilin yanvarında 3 illik müqaviləyə imza atan çalışdırıcının fəaliyyətindən məmnundur və onunla əməkdaşlığı davam etdirməkdə maraqlıdır".
Sport1.az