I Liqada qalmaq uğrunda mübarizə aparan "Mingəçevir" daha bir problemlə üzləşib.Sport1.az xəbər verir ki, "işıqçılar"ın sabiq qapıçılar üzrə məşqçisi Elnar Kərimov klubu AFFA-ya şikayət etməyə hazırlaşır. Buna səbəb "şəhərlilər"in mütəxəssislə müqaviləni qarşılıqlı razılıq olmadan pozmasıdır.
Məlumata görə, "Mingəçevir" 5 ay məşqçinin maaşını verməyib. Hadisələr Füzuli Məmmədovun baş məşqçi təyin olunmasından sonra baş verib. Yeni çalışdırıcı Elnar Kərimovla işləmək istəməyib.
Məsələ ilə bağlı "işıqçılar"a məşqçinin vəkili müraciət edib. Məşqçi müqavilənin klub tərəfindən əsassız ləğv edildiyinə görə, bölgə təmsilçisindən 5 min manat tələb edir. "Mingəçevir" bu məbləği ödəməsə, Elnar Kərimov "şəhərlilər"i AFFA-ya şikayət edəcək.
Məsələ ilə bağlı klubun mövqeyini işıqlandırmağa hazırıq.
Sport1.az