I Liqa klubunda yeni təyinat baş verə bilər.Sport1.az xəbər verir ki, söhbət "Mingəçevir"dən gedir. "İşıqçılar" Ramiz Məmmədovla danışıqlar aparır. Bölgə təmsilçisi mütəxəssisin idman direktoru vəzifəsində işləməsini istəyir.
Qeyd edək ki, Ramiz Məmmədov son olaraq "Şamaxı"da çalışıb. O, 2023/24 mövsümündə komandanın baş məşqçisi idi. Mütəxəssis daha sonra "münəccimlər"də İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.
Sport1.az