I Liqanın 22-ci turunda "Cəbrayıl" "Mingəçevir'ə qalib gəldi - 2:0.Bu məğlubiyyətdən sonra "işıqçılar" çempionatda qalmaq uğrunda mübarizədə işlərini bir qədər çətinləşdirdi.
"Şəhərlilər"in oyununda nə çatmadı ki, Qarabağ təmsilçisinə uduzdular. Sualımızı komandanın baş məşqçisi Füzuli Məmmədova ünvanladıq. Mütəxəssis
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Oyuna çox ciddi hazırlaşmışdıq. Futbolçularım istədiyim performansı verə bilmədilər. Əlbəttə ki, oyunda qələbə qazanmaq istəyirdik. Bunun üçün də çalışdıq. Hava şəraiti oyunumuza təsir etdi. Baxmayaraq ki, bu problem rəqibmizdə də oldu. Uduzan tərəf yekunda biz olduq".Füzuli Məmmədov 23-cu turda qarşılaşacaqları "Baku Sportinq"lə görüş barədə də danışdı:
"Hər oyuna ciddi yanaşırıq. Hələ də liqada təhlükəli zonadayıq. Buna görə də hər oyun 3 xal üçün mübarizə aparmalıyıq. Növbəti matçlara maksimum hazırlaşıb qələbələr qazanmalıyıq."EMİN ZEYNALLI
Sport1.az