"Barselona"nın keçmiş yarımmüdafiəçisi və baş məşqçisi Xavi karyerası ərzində "Qızıl Top" mükafatını qazanmaması barədə danışıb.Sport1.az xəbər verir ki, ispan ulduz "France Football"a müsahibəsində futbolçu olduğu illəri dəyərləndirib:
"Heç bir halda özümü Messi və ya Kriştiano Ronaldodan daha yaxşı hesab etmirəm. Oyun qurucusu idim, lakin matçların taleyini təkbaşına həll etmək imkanım yox idi. "Qızıl Top" uğrunda səsvermədə üç dəfə üçüncü yeri tutduğum üçün qürur duyuram".
Sport1.az