Premyer Liqanın 30-cu turunda "Fulhem"lə oyunda (2:1) zədələnən "Arsenal"ın hücumçusu Qabriel Jezusun durumuna aydınlıq gəlib.Sport1.az xəbər verir ki, baş məşqçi Mikel Arteta braziliyalı futbolçunun dizində narahatlıq hiss etdiyini bildirib:
"Bunun nə dərəcədə ciddi olduğunu hələ bilmirik. O, hələ oyunun əvvəlindən yeriməkdə çətinlik çəkdi. Nəticədə oyuna davam edə bilmədi".Qeyd edək ki, Jezus 16-cı dəqiqədə zədələnərək meydanı tərk edib.
Sport1.az