İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la matçın (2:1) 61-ci dəqiqəsində topuq nahiyəsindən zədə alan Erlinq Haalandın durumuna aydınlıq gəlib. Sport1.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, norveçli hücumçu demək olar ki, qalan hissəsini buraxacaq. Lakin forvardın mövsümün son oyunlarına, o cümlədən Klublararası Dünya Çempionatına qədər tam hazır olması gözlənilir.
Qeyd edək ki, keçirilən ilkin testlərdən sonra Haaland əlavə məsləhətləşmə üçün mütəxəssisə müraciət edəcək.
Sport1.az