Braziliya millisinin və İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekker başından zədələnib.Sport1.az xəbər verir ki,
32 yaşlı qolkiper DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə keçirilən oyununda (2:1) zədələnib.
O, qarşılaşmanın 78-ci dəqiqəsində "Tottenhem"də çıxış edən Davinson Sançeslə toqquşub. Nəticədə "əlcək sahibi" meydanı tərk etmək məcburiyyətində qalıb.
Alissonun zədəsinin nə dərəcədə ciddi olduğu müayinələrdən sonra bəlli olacaq.
Sport1.az