İspaniya çempionatının "Osasuna" - "Real" oyununda qonaqların futbolçusu Vinisius Junioru təhqir edən azarkeşin cəzası açıqlanıb.Sport1.az xəbər verir ki, həmin qarşılaşmada adı açıqlanmayan fanat stadionda pankart açıb.
Pankartda Vinisius Juniorun ünvanına təhqiramiz ifadələr yazılıb.
Bu əməlinə görə həmin şəxs komissiya tərəfindən 2 min avro məbləğində cərimə olunub. Bundan əlavə, ona 4 ay müddətində stadionlara giriş qadağası tətbiq edilib.
Sport1.az